Kripto Dünyasında Uğur Qazanmağa Hazırsınız?

Etibarlı Mütəxəssislərimiz ilə Gələcəyinizi Güvən Altına Alın

Müxtəlif təlim proqramlarımız və peşəkar məsləhətçilərimizlə ticarət bacarıqlarınızı yüksəldin. Riskləri azaltmaq və uğurlu investisiyalar etmək üçün yanınızdayıq.
Ticarət və İnvestisiya Məsləhətləri
İnvestisiya dünyasında güclü addımlar atmağınız üçün peşəkar ticarət (trade) strategiyaları təklif edirik. Kripto, səhmlər və valyuta ticarəti üzrə mütəxəssis komandamızla gələcəyə doğru irəliləyin.
Ətraflı Təhsil Proqramı

Təlim modullarımızla, ticarətin əsas və irəliləmiş mövzularına qədər hər şeyi öyrədirik. Məqsədiniz nə olursa olsun, təlimlərimizlə sizə
rəhbərlik edirik.

Texniki Analiz və Bazar Tədqiqatı

Bizim peşəkar komandamız, ticarət üçün lazım olan texniki analizləri və bazar tədqiqatlarını apararaq, müştərilərimizin ən yaxşı qərarları verməsinə kömək edir.

Haqqımızda

AKA Business

Azərbaycan Kriptovalyuta Akademiyası olaraq, 2022-ci ildən bəri Kriptovalyuta, Forex və Trade sahəsində peşəkar təlimlər təqdim edirik. Məqsədimiz müasir texnologiyalar və maliyyə bazarları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyənlərə yüksək səviyyəli tədris xidmətləri və məsləhət dəstəyi təqdim etməkdir.

Missiyamız
Maliyyə bazarlarında müstəqil qərarlar qəbul edə bilən və texnoloji yeniliklərə uyğunlaşan mütəxəssislər yetişdirməkdir.

Vizyonumuz
Azərbaycanda və beynəlxalq səviyyədə kriptovalyuta, Forex və Trade biliklərinin artırılmasında lider təlim mərkəzi olmaqdır.

Təlim planları

Siz də uğurlu ticarətinvestisiya dünyasında yerinizi almağa hazırsınızsa, doğru yerdəsiniz!

Kriptovalyuta Təlimi

450 ₼ (qrup)
1000 ₼ (Fərdi)

Təlim Müddəti : 1 ay

Həftədə 2 dəfə, hər dərs 1.5 saat

Trading Təlimi

550 ₼ (qrup)
1500 ₼ (Fərdi)

Təlim Müddəti : 1 ay

Həftədə 2 dəfə, hər dərs 1.5 saat

Forex Təlimi

Standart: 600 ₼ (qrup)
1000 ₼ (Fərdi)

Full Paket: 1000 ₼ (qrup)
2000 ₼ (Fərdi)

Təlim Müddəti : 1 ay

Həftədə 2 dəfə, hər dərs 1.5 saat

Referanslar

Tələbələrimizin Bizim Haqqımızda Dedikləri

Leyla Həsənova

Bu təlimlər sayəsində kriptovalyuta bazarını dərindən anlamağı öyrəndim. Təlimçilərin yanaşması çox aydın və motivasiyaedici idi. Mən indi daha inamlı şəkildə investisiya edirəm.

Rəşad Hüseynov

ticarət strategiyalarını düzgün başa düşməkdə çətinlik çəkirdim, amma bu kurs mənə hər şeyi sadə və aydın şəkildə izah etdi. İndi uğurlu ticarət etmək üçün öz strategiyalarımı inkişaf etdirə bilirəm.

Emin Hacıyev

Təlimdən sonra kriptovalyuta və Forex bazarlarında daha ağıllı qərarlar verməyə başladım. Təlimçilər həmişə suallarımı cavablandırdı və mənə dəstək oldu. Çox təşəkkür edirəm!

Niyə Bizi Seçməlisiniz

Təcrübəmiztəlimlərimizlə, hər ticarət addımınızı daha etibarlımənfəətli
hala gətiririk

Təlimçilərimiz mürəkkəb maliyyə konseptlərini asan və başa düşülən şəkildə izah edərək, hər bir iştirakçının uğur qazanmasını təmin edir.

Komandamız yalnız təlimlərlə kifayətlənmir, həm də fərdi layihələriniz və investisiya strategiyalarınız üçün məsləhətlər təqdim edir

Komandamızın hər bir üzvü öz sahəsində tanınmış mütəxəssislərdir, real bazar təcrübəsinə və yüksək səviyyəli analitik bacarıqlara sahibdirlər.

Peşəkar Komandamız

Komanda Üzvlərimiz

Xətai Avılzadə

Təsisçi və direktor

Şükufə Ramizqızı

İcraçı direktor

am smith

Manager

TTVS

SuallarCavablar

Crypto və Trading təlimləri:
Tədris müddəti 1 ay, həftədə 2 dəfə, hər dərs 1.5 saat olmaqla keçirilir.
Forex təlimləri:
Tədris müddəti 2 ay, həftədə 3 dəfə, hər dərs 1 saat olmaqla aparılır.
Bu təlimlər vasitəsilə sizə bazarda uğurlu strategiyalar qurmaq üçün lazım olan bilik və bacarıqlar öyrədilir!

Bəli, AKA Business-də tədris olunan Kriptovalyuta, Forex və Trade təlimləri zamanı öyrəndiyiniz bilikləri praktiki
olaraq tətbiq edərək qazanc əldə etməyə başlaya bilərsiniz.
Lakin bu, əsasən sizin öyrəndiklərinizi necə tətbiq etdiyinizdən və bazarın mövcud vəziyyətindən asılıdır.

Həmçinin, qazanc əldə etmək üçün diqqətli yanaşma, risklərin idarə edilməsi və davamlı təcrübə çox vacibdir.
Təlimlər zamanı bu mövzularda da sizə rəhbərlik ediləcək ki, real qazanc əldə etmək şansınız artsın.

Kurs müddətində riskləri minimuma endirmək üçün mentorunuzun tövsiyələrinə əməl etməyiniz tövsiyə olunur.

Bəli, AKA Business olaraq həm ənənəvi (oflayn), həm də online təlimlər təklif edirik.
Bu, tələbələrimizin yerləşdiyi məkan və vaxt rahatlığını nəzərə alaraq təhsil almaqlarına imkan yaradır.

Online təlimlərimiz yüksək effektivliklə təşkil olunur, çünki:

1. Canlı dərslər:
Təlimlər interaktiv şəkildə keçirilir, sual-cavab imkanları təmin edilir.

2. Yazılmış dərslər:
Dərsləri təkrar izləmək üçün qeydlər təqdim olunur.

3. Praktiki tapşırıqlar: Real bazar analizləri və ticarət simulyasiyaları vasitəsilə biliklərinizi praktiki olaraq tətbiq edə bilərsiniz.

4. Fərdi diqqət:
Hər bir iştirakçıya mentorlar tərəfindən fərdi yanaşma göstərilir.

Online formatın effektivliyi sizin öyrənmə motivasiyanızdan və təqdim olunan materialları necə tətbiq etməyinizdən də asılıdır.
Təlimlər zamanı tələbələrə tam dəstək göstərilir ki, nəticələr ən yüksək səviyyədə olsun.

AKA Business-də ilk dərslər ödənişsiz sınaq (demo) dərsləri şəklində təşkil olunur.
Demo dərslərdən sonra kurs üçün minimal məbləğ 100₼ bron üçün ödəniş edilir və Müqavilə bağlanılır,
qalan ödəniş 1 ay ərzində hissəli şəkildə həyata keçirə bilərsiniz.
Bu da, tələbələrimizə kursa başlamazdan əvvəl rahatlıqla seçim etməyinə imkan verir

AKA Business olaraq, təlimlərin ödənişli olmasının əsas səbəbi sizin üçün yüksək keyfiyyətli təhsil və praktiki təcrübə təqdim etməkdir.
Təlimlər üçün zaman, resurs və təcrübəli mütəxəssislərin əməyi tələb olunur.
Ödənişlər, tədris keyfiyyətini artırmaq,
müasir təlim materialları təqdim etmək və sizə ən yaxşı nəticəni qazandıracaq sistem qurmaq üçün istifadə edilir.

Əlavə olaraq:

1. Risklərin idarə olunması öyrədilir: Təlimlərdə təkcə pul qazanmaq deyil, həm də necə itirmədən qazanc əldə etməyi öyrənirsiniz.
Bu da xüsusi təcrübə və təlimat tələb edir.

2. Zaman qazanırsınız: Özünüz tədqiqat aparıb öyrənmək illər ala bilər, amma təlimlər bu prosesi sürətləndirir.

3. Güvənli başlanğıc: Təlim zamanı mütəxəssislərin rəhbərliyi ilə işlədiyiniz üçün daha təhlükəsiz şəkildə bazara daxil olursunuz.

1. Praktiki yanaşma:
Təkcə nəzəri məlumat deyil, real bazarda tətbiq olunan strategiyalar öyrədilir.
Təlim müddətində simulyasiya və real ticarət təcrübəsi qazanırsınız.

2. Davamlı dəstək:
Təlimdən sonra da suallarınıza cavab almaq, dəstək görmək imkanınız olur.

3. Şəxsi inkişaf:
Kurslarımızda yalnız texniki bilik deyil, həm də bazarda düzgün qərarlar qəbul etmək üçün psixoloji hazırlıq öyrədilir.

4. Aktuallıq:
Təlimlərimiz daim yenilənir və bazardakı dəyişikliklərə uyğunlaşdırılır.

5. Şəbəkə imkanları:
Kurs iştirakçıları arasında təcrübə mübadiləsi və əməkdaşlıq üçün xüsusi icmalar yaradılır.

Qiymətlər, tələbələrimizə keyfiyyətli təlim və bazarda uğurlu olmağı təmin etmək üçün uzunmüddətli bir investisiyadır.

1. Peşəkar təlimçilər:
Təlimlərimizi bazarda uzun illər təcrübəsi olan mütəxəssislər aparır.
Bu, sizə real bazar şərtlərini öyrənmək üçün imkan yaradır.

2. Keyfiyyətli tədris proqramı:
Tədris materiallarımız bazar tələblərinə uyğun olaraq hazırlanır və ən aktual strategiyaları əhatə edir.

3. Fərdi yanaşma:
Kiçik qruplar və ya fərdi mentorluqla daha səmərəli və diqqətli tədris təmin edilir.

4. Əlavə resurslar:
Təlimlə yanaşı, praktiki iş üçün xüsusi alətlər, analizlər və dəstək materialları təqdim olunur.

Bəli, AKA Business təlimləri bitdikdən sonra da tələbələrə dəstək göstərir.
Təlim proqramımızın əsas məqsədi yalnız nəzəri biliklər vermək deyil,
həm də tələbələrimizin praktiki olaraq uğur qazanmasına kömək etməkdir.

Təlimdən sonra siz:

1. Mentor dəstəyi ala bilərsiniz:
Təcrübədə qarşılaşdığınız çətinliklərdə sizə məsləhətlər vermək üçün komandamız həmişə hazırdır.

2. Qapalı qruplara daxil olacaqsınız:
Təlimdən keçən digər iştirakçılarla birlikdə təcrübə paylaşmaq və yeni biliklər əldə etmək üçün qapalı icmalar mövcuddur.

3. Yenidənqayıtma imkanı:
Müəyyən dərslərdə başa düşmədiyiniz hissələr olarsa, əlavə dəstək üçün təkrar qayıdıb suallar verə bilərsiniz.

AKA Business olaraq, sizin uzunmüddətli uğurunuz bizim üçün əhəmiyyətlidir. Dəstəyimiz təlim müddətindən sonra da davam edir!

Bəli, kursu uğurla bitirən tələbələrə sertifikat verilir.
Bu sertifikat, əldə etdiyiniz bilik və bacarıqları rəsmi şəkildə təsdiqləyir.
Sertifikatı almaq, peşəkar inkişafınızı göstərən mühüm bir sənəd olmağı ilə yanaşı, kriptovalyuta,
Forex və ticarət sahələrində fəaliyyət göstərmək istəyənlər üçün etibarlı bir referans rolunu oynayır.
Sertifikat, həm də kursu ciddi şəkildə bitirdiyinizi və öyrəndiklərinizi praktiki olaraq tətbiq etməyə hazır olduğunuzu göstərir.

Əlaqə

Mütəxəssislərimizə
Müraciət Edin

AĞA Plaza (Xətai İcra Hakimiyyətinin yanı)

+994 (99) 388 86 57

İnfo@akabusiness.İo